"CinemaPlus" kinoteatrında "Bozbash Pictures" komandasının yeni komediyası - "Axırıncı yol"

22 Fevral 2016 18:21

Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da martın 1-dən "ATV & İLK media" istehsalı olan "Axırıncı yol" adlı çox maraqlı bir macəra komediyasının nümayişi başlanacaq.

Çəkilişlər ötən ilin avqust-oktyabr aylarında İsmayıllı və Bakıda olub.

"Axırıncı yol" macəra komediyası "Bozbash Pictures" qəhrəmanları Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində 2000000 dollar olan inkassator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkassator avtomobilinin görkəmini dəyişərək "SOSKA Uşaq Əyləncə Mərkəzi" adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin vəziyyətə salır.

Filmin baş prodüseri İlkin Həsəni, quruluşçu rejissoru Emil Abdullayev, ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynovdur.

Rollarda: İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli, Cavidan Novruz, Tərlan Nur-Yaşar, Nigar Əliyeva, Yadigar Muradov, Məhərrəm Qurbanov və s.

"CinemaPlus" kinoteatrı hər zaman sizə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

"CinemaPlus" Azadlıq prospekti 45 ünvanında, 28-Mall ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema" adını dəyişib. Kinoteatrın yeni adı "CinemaPlus"dır.