Cənubi Koreyanın Samsung şirkəti Barselonada keçirilən Ümumdünya Mobil Konqresində Galaxy S7 və Galaxy S7 Edge qabaqcıl smartfonlarını, habelə Gear 360 panoram kamerasını təqdim edib.
Yeni modellər əvvəlki S6 və S6 Edge modellərinin təkmilləşdirilmiş modifikasiyasıdır. S7 modeli 5.1 düym diaqonallı, S7 Edge isə 5.5 düym diaqonallı "AMOLED" displeylə təchiz edilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəlki modellərlə müqayisədə indi prosessorun işləmə sürəti 33% artıb. İstehsalçılar, həmçinin daxili kameranın təkmilləşdirilməsi haqda məlumat veriblər, akkumulyator batareyasının tutumu 3600 milliamper/saat təşkil edir, cihaz suya dayanıqlıdır və MicroSD kartlar yenidən əlçatandır.
Hər iki smartfon Android 6.0 sistemi ilə işləyəcək və hər iki model Adreno 530 qrafikasına malik dördnüvəli Qualcomm Snapdragon 820 və ya səkkiznüvəli Samsung Exynos prosessoru ilə işləyəcək.
Qurğunun əməli yaddaşı 4 QB, daxili yaddaşı isə 32 QB təşkil edəcək.
"Daimi yanan vəziyyətdə olan ekran funksiyası bildirişlər, cari vaxt və ya əlamətdar hadisələr haqda xəbərdar olmağa imkan verir.
Əvəəlki modellərdən fərqli olaraq, yeni modellərdə əsas kamera 16 yox, 12 meqapikseldimr. Əvəzində piksellər daha çox işığı əks etdirmək üçün böyüdülüblər.
22 fevral 2016-cı il tarixindən yeni modelləri sifariş etmək mümkündür.
Milli.Az