Zəncəfillə südlü çay - FOTO

25 Fevral 2016 07:00

Milli.Az zəncəfilli südlü çayın hazırlanma qaydasını təqdim edir

Tərkibi (2 pay): 

1,5 st. su
2 dolu x.q. təzə zəncəfil
1 st. süd
2 ç.q. qara çay (iriyarpaq)
3 ç.q. şəkər tozu (zövqə görə)

Dərin tavaya 1,5 st. su töküb qaynadın. 

Zəncəfilin qabığını təmizləyin, sürtgəcin xırda gözündən keçirin (2 x.q. lazımdır). Zəncəfilin qalanını soyuducuya qoyun.  
Su qaynayanda 3 ç.q. şəkər tozu səpin (az və ya çox da ola bilər), zəncəfili əlavə edib 1-2 dəqiqə qarışdırın. 

Suyun rəngi saralanda 2 x.q. quru çay əlavə edib 1 dəqiqə dəmləyin. 

Sonra südü əlavə edin, qaynara düşəndə ocağı söndürün, tavanın qapağını qoyub çayı 4-5 dəqiqə dəmləyin. 

Fincanlara süzgəcdən süzün. 

Süfrəyə şirniyyat və quru meyvə ilə verə bilərsiniz. 

Qeydlər: 

Şəkər tozu yerinə bal götürə bilərsiniz.
Adətən zəncəfili dəmləyərkən suya 1-2 mixək, darçın çubuğu, yaxud 1 ç.q. üyüdülmüş hil də əlavə edirlər. 
Qara çay əvəzinə yaşıl çay götürmək olar. 
Soyuqdəymə, boğaz ağrısı, yorğunluq və üşütməniz olarsa, bu çaya 25-30 q rom əlavə edə bilərsiniz. Belə halda o, qızdırmanı da salır. 
Zəncəfilin "doza"sını artırmayın. Çünki allergiyaya səbəb ola bilər.

Nuş olsun! 

Milli.Az