Avropa çempionatı üçün loqo müsabiqəsi başa çatdı

1 Mart 2010 19:31
AGF-dan Milli.Az-a verilən xəbərə görə, müsabiqəyə 200-dən artıq loqo nümunəsi təqdim olunub. Onlar arasından biri seçilərək, çempionatın rəsmi loqosu kimi təsdiqlənib. Avropa çempionatının rəsmi loqosunun müəllifi isə, Moskvada yaşayan 23 yaşlı həmyerlimiz Şamil Ramazanovdur. Şamil uzun müddətdir dizaynerliklə məşğuldur və həm də Britaniya İncəsənət və Dizayn Ali Məktəbinin tələbəsidir.

Qeyd edək ki, AGF tərəfindən müsabiqənin qalibinə 500 AZN mükafat nəzərdə tutulub.

Milli.Az