"1 Gənc - 1 Hekayə - 1 Uğur" - FOTO

19 Fevral 2016 14:12

"ASAN Könüllüləri" Təşkilatı tərəfindən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "ADA" Universitetinin təşkilati dəstəyi ilə "1 Gənc - 1 Hekayə - 1 Uğur" adlı layihəyə start verilib.

Layihənin əsas məqsədi şəxsi inkişafın gənclərin həyatındakı önəminə diqqət çəkmək, bu məqsədlə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan və bir çox nailiyyətlər əldə etmiş azərbaycanlı gəncləri öz bilik və təcrübələrini gənclərlə bölüşmələrini təmin etməkdir.

ADA Universitetində baş tutan "1 Gənc 1 Hekayə 1 Uğur" layihəsinin budəfəki qonağı ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olub.
Görüş zamanı Fariz İsmayılzadə qazandığı uğur və nailiyyətləri gənclərlə bölüşüb, onları ADA Universitetinin tarixi, fəaliyyəti və gələcək planları barəsində məlumatlandırıb. Daha sonra gəncləri maraqlandıran suallar cavablandırlıb.

Qeyd edək ki, ASAN Könüllüsü Bəxtiyar İslamovun ideya müəllifi olduğu bu layihə silsilə şəkilli görüşlərdən ibarət olacaq və layihədə gənclər uğura necə addımlamağı o yolda irəliləyən insanların özündən dinləyəcəklər.