Tağı Əhmədov: "Kim nə istəyir, yazsın"

18 Fevral 2016 22:04

Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov bağlanan bankalarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbərlərə reaksiya verib.

Milli.Az bildirir ki, Tağı Əhmədov azvision.az-a açıqlamasında haqqında yayılan xəbərlərin yalan olduğunu bildirib.

"Kim nə istəyir yazsın, bu, məni maraqlandırmır. Guya mənim milyonlarım batıb. Ağ yalandır" - deyə T.Əhmədov vurğulayıb.

Qeyd edək ki, mətbuatda manatın ucuzlaşmasından sonra Tağı Əhmədovun bağlanan banklarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbər yayılıb.
Milli.Az