Bakıda orta məktəbdə dava: şagird yaralanıb - YENİLƏNİB

18 Fevral 2016 14:40

14:40

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonunda yerləşən məktəbdəki kütləvi dava ilə bağlı açıqlama verib. İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 280 saylı məktəbin 3 şagirdi dalaşıb.
Cavabda qeyd olunub ki, faktla bağlı hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi və hüquq mühafizə orqanları araşdırma aparır: "Baş verən hadisənin səbəbləri barədə araşdırma bitdikdən sonra məlumat veriləcək".
Qeyd edək ki, dava nəticəsində 11-ci sinif şagirdi Azər Əliyev xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

----------

11:54

Bakıda orta məktəblərdən birində kütləvi dava olub.

Milli.Az Report-a istinadən bildirir ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində 280 saylı orta məktəbdə 11-ci sinif şagirdləri arasında baş verən dava nəticəsində şagird Azər Əliyev xəsarət alıb. A.Əliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Əliyev də 11-ci sinif şagirdidir.

Milli.Az