Bakılı "teatr dahisi" öldü

14 Mart 2011 11:05
Milli.Az xəbər portalı "Kommersant"a istinadən bildirir ki, Rusiyanın ən məşhur teatr tənqidçisi, teleaparıcı və "Kultura" radiosunun baş redaktoru Vitaliy Vulf 81 yaşında dünyasını dəyişib. Fevralın ortalarında onun səhhətində ciddi problemlər yaradılmış, xəstəxanaya yerləşdirilmişdi.

1930-cu ilin mayın 23-də Bakıda anadan olmuş Vitaliy Vulf 1952-ci ildə Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakultəsini bitirib, 1961-ci ildə hüquq elmləri namizədi olub.
Lakin sonradan o, teatr sənəti ilə məşğul olub, tənqidçi kimi tanınıb. 1990-cı ildən isə televiziyada çalışmağa başlayıb.

O, Rusiya telekanallarında "Serebryannıy Şar" ("Gümüş şar") və "Moy serebryannıy şar" ("Mənim gümüş şarım") proqramları ilə məşhurlaşıb.
V.Vulfu "teatr dahisi" adlandırırdılar.
O, ömrünün sonuna qədər "Bakıda doğulduğumla fəxr edirəm, Bakı doğma şəhərimdir" deyirdi.

Tural
Milli.Az