Xumara kim zülm elədi? - AUDİO

18 Fevral 2016 10:25

Səssizliyini hər zaman nəğmələri ilə pozan Xumar Qədimova yeni bəstəsini təqdim edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, söz aşiqi olan Qədimova bu dəfə böyük şair Bəxtiyar Vahabzadə yaradıcılığına muraciət edib. 

"Bir salama dəymədi" şeirinə musiqi həyatı verən sənətçi bəstənin yaranma tarixçəsini belə açıqlayıb: 

"Mahnını illər öncə bəstələmişəm. Təqdimatı bu günə qismət imiş. Düşünürəm ki, dinləyici üçün ən əsas hesabat elə yeni nəğmələrin, yaradıcılıq işlərinin təqdimatıdır".
 
Bəstənin aranjmanı Neymana məxsusdur.

Xumar Qədimovanın yeni bəstəsini təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xumar Qədimova