Azərbaycanda 16 yaşlı futbolçu hakimləri hədələdi

16 Fevral 2016 14:45

Azərbaycanda 16 yaşlı futbolçu oyun zamanı hakimlər briqadasına hədə-qorxu gəlib.

Milli.Az Report-a istinadən bildirir ki, xoşagəlməz olay U-16 Liqasının "Sumqayıt" - "Zirə" matçı başa çatdıqdan sonra baş verib.

Hakimləri hədələyən şəxs meydan sahiblərinin 2000-ci il təvəllüdlü oyunçusu Vaqif Həsənov olub. AFFA İntizam komitəsi onu 5 oyunluq cəzalandırıb. "Sumqayıt" klubundan "Report"a bildirilib ki, hazırda məsələ araşdırılır.
Qeyd edək ki, Vaqif Həsənov 23 sentyabr 2000-ci ildə dünyaya gəlib. O, Sumqayıtdakı orta məktəblərdən birində təhsil alır.  

Milli.Az