Xamneyi Azərbaycan dilində danışdı - VİDEO

16 Fevral 2016 14:41

İran KİV İranın ali lideri ayətullah Əli Xamneyinin Təbrizdən olan azərbaycanlı veteran ilə qısa görüşünün videosunu yayıb.

Moderator.az haqqin.az-a istinadən xəbər verir ki, görüş zamanı Xamneyi Azərbaycan dilində danışırdı. Veteran görmə qabiliyyətini Kürdüstanda müharibə zamanı itirdiyini bildirib və ayətullahdan onun üçün dua etməsini istəyib.  

Əli Xamneyi veteranın alnından öpüb və onun üçün dua edəcəyini vəd edib.

Qeyd edək ki, Əli Xamneyi 1939-cu il iyulun 17-də Məşhəddə dünyaya gəlib və ailədəki səkkiz uşaqdan ikincisi olub. O, etnik azərbaycanlıdır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xamneyi Azərbaycan dilində danışdı