Musiqili Teatrın aparıcı səhnə ustaları aktyor Hüseyn Əlili və onun həyat yoldaşı, aktrisa Gültac Əlili real sevgi hekayələrini səhnədə canlandırıblar. Bu haqda Gültac Əlili Milli.Az-a açıqlama verib:
"Teatrın kiçik zalında həyat yoldaşım Hüseyn Əlili ilə birlikdə "Eşq" adlı konsert-tamaşa göstərdik. Tamaşada real həyatımızdan səhnələr də oldu. Çünki biz bir-birimizi teatrda görüb sevmişik. Artıq 6 ildir ki, biz evliyik. Allahın bizə bəxş etdiyi sevgidən 2 oğlan övladımız dünyaya gəlib. Konsertdə bizim sevgi yolumuz, az da olsa, həyat hekayəmiz əks olunmuşdu. Tamaşadakı rəqslərə həyat yoldaşım Hüseyn quruluş vermişdi. Tamaşaçılarımızın da əksəriyyəti sevgililər və evli cütlüklər idi".
Əli Rəhimoğlu
Milli.Az