Tacikistanda hakim partiya qələbə qazandı

1 Mart 2010 17:15
Milli.Az xəbər portalının "İnterfaks"a istinadən yaydığı məlumata görə, Mərkəzi Seçki Komissiyası (MSK) hakim partiyanın səslərin 71,69%-ni qazandığını açıqlayıb. İlkin məlumata görə, müxalifətçi 2 partiya - İslam Dirçəlişi Partiyası ilə Kommunist Partiyası da 5%-lik baryeri aşaraq, parlamentə düşə bilib.

ATƏT seçkinin demokratik standartlara cavab vermədiyini bəyan edib.

Milli.Az