Safura biznes-ledi oldu - FOTO

11 Fevral 2016 17:03

Sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran Safura Əliyeva İstanbulda gözəllik salonu açıb.

Qafqazinfo 1news.az-a istinadən xəbər verir ki, salon "S Organic Beauty" adlanır.

Qeyd edək ki, Safura, həmçinin İstanbulda rəssamlıq qalereyasına rəhbərlik edir.

Xatırladaq ki, 2013-cü ildə nazir oğlu Fərhad Əliyevlə ailə quran S.Əliyeva İstanbulda yaşayır. Cütlüyün İsgəndər adlı oğlanları da var.

Milli.Az