Azərbaycanın Yaponiyadakı səfirliyinə zərərçəkənlərlə bağlı məlumat daxil olmayıb

11 Mart 2011 11:59
Bu anadək Azərbaycanın Yaponiyadakı səfirliyinə zəlzələdən zərər çəkən vətəndaşlarımızla bağlı məlumat daxil olmayıb. Bunu Trend-ə Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn deyib. Onun sözlərinə görə, Tokiodakı yeraltı təkanlardan sonra telefon rabitəsində fasilələlər yaranıb, mobil rabitə və internet kəsilib. Səfir bildirib ki, səfirlik gücləndirilmiş rejimində işləyir və lazım gəldikdə həmvətənlərimizə istənilən yardım göstərməyə hazırdır.

Azər Hüseyn məlumat verib ki, Yaponiyada 50-dən artıq Azərbaycan vətəndaşı müvəqqəti yaşayır və təhsil alır. Onlardan 30-u Tokioda, qalanları isə ölkənin başqa şəhərlərindədir.

Milli.Az

Uyğun link:

Yaponiyada güclü zəlzələ: sunami başlandı - VİDEO-FOTO - YENİLƏNİB