Rusiyalı nazir: "Bakı oyunları Olimpiya oyunları ilə eyni səviyyədə idi"

5 Fevral 2016 18:50

Rusiyanın idman naziri Vitali Mutko Bakıda 2015-ci ilin iyun ayında keçirilmiş birinci Avropa oyunları haqda təəsüratlarını bölüşüb və MDB çərçivəsində birgə idman proqramlarından danışıb.

Milli.Az-ın məlumatına görə, virtualaz.org xəbər verir ki, Mutko "Moskva-Baku" portalına müsahibəsində birinci Avropa oyunlarının bu miqyasdakı istənilən irimiqyaslı yarışlarda olduğu kimi peşəkar idmançıların hazırlanması üçün əsas rolu oynadığını deyib.

"Atlet məşq edə və gözəl formada ola bilər. Lakin onun səviyyəsini qiymətləndirmək üçün bu cür ciddi idman tədbirlərində iştirakı zərurudir", - Mutko deyib.

Nazirin sözlərinə görə, Bakıdakı oyunlar Rusiyadan olan gənc idmançılar üçün, doğrudan da, əvəzolunmaz təcrübəyə çevrilib. "Demək lazımdır ki, Avropa oyunları onlar üçün idman karyerasının yeni mərhələsinə keçmək üçün müəyyən meydança rolunu oynadı. İdmançılar öz talantlarını aça bildilər. Biz yeni adlar eşitdik", - Rusiya idman naziri bildirib.

Mutkonun sözlərinə görə, Bakı oyunları səviyyəsinə görə Olimpiya oyunları ilə eyni səviyyədə idi. "İnfrastruktur dünya səviyyəsində qurulmuşdu. Stadionlar, çoxfunksiyalı zallar, gözəl hovuz-bütün bunlar qonaqlarda, idmançılarda yüksək təəsürat yaratdı. Mən burada mühüm məqamı qeyd etmək istəyirəm-idman infrastrukturunun inkişafı, Birinci Avropa Oyunlarının gözəl irsi Azərbaycan üçün ciddi olimpiya rezervi hazırlamağa imkan verir", - Vladimir Mutko deyib.

Milli.Az