Aral: pambığa hopan dəniz

26 Fevral 2015 23:45
Aral dənizinin quruması insanın öz əlilə yaratdığı ən böyük təbiət fəlakətlərindəndir.

Sovet dövründə burada pambıq istehsalını sürətləndirmək üçün aqressiv irriqasiya siyasəti tətbiq olunub.

Nəticədə dünyanın sayca 4-cü ən iri gölünün 90 faizi səhraya çevrilib.
 

BBC Özbək xidmətinin əməkdaşı Rustam Qobilov Aral dənizinin indiki vəziyyətinə nəzər salıb.

Dünyada sayca 4-cü ən iri göl olan Aral Dənizi 40 ilə quruyub.

Dənizin qurumuş dibin az qala kök buraxmış kimi görünən tək-tük qayıqlar gözə dəyir.

Sahəsi 60,000 kv. km., dərinliyi bəzi yerlərdə 40m olan bu su hövzəsinin böyük bir hissəsi sanklı havaya sovrulub.

Əvvəlki Aralın bugün yalnız 10 faizi qalıb.
 

Aral dənizinə şimaldan Sır-Dərya, cənubdan isə Amu-Dərya çayları axıb tökülür.

Lakin Sövet dönəmində bu çaylardan pambıq tarlalarının suvarılması üçün istifadə olunurdu.

Sovet höküməti Mərkəzi Asiyada dünyanın ən iri pambıq istehsalını yaratmaq istəyirdi.

Dənizin sahəsi daraldıqca böyük həcmdə dənizə tullanılan pestisid və insektidlərin suda qatılığı da artırdı.

Aral suyunun zəhəri artdıqca dənizdəki balıqlar qırılırdı.
 

Beləliklə, pambıq sənayesini inkişaf etdirməklə Sovet başbilənləri dənizin və dənizdəki balıqçılığın axırına çıxdı.

Dəniz quruması yerli iqlimə də təsirini göstərib.
 

Ərazidə yağışlar kəsilib, ot örtüyü quruyub, gölün ətrafında şirin suyu olan kiçik gölməçələr yoxa çıxıb, bu ərazilərdə əvvələr dolanan ceyran sürülərinin nəsli kəsilib.

Aralın suyu çəkildikcə, dəniz daralıb, böyük bir vaxtlar böyük bir dənizə bənzəyən sü hövzəsindən dar boğazla birləşən iki su hövzəsi qalıb.

Şimal istiqamətdə yerləşən və daha kiçik ölçüyə malik hissəyə indi Kiçik Aral deyilir.
 

Kiçik Aralın qurumasının qarşısını almaq məqsədilə bu hissə cənub istiqamətə uzanan qalan hissəsindənbənd ilə ayrılıb.

Həmin bəndə Kokaral dambası deyillər.

Bu bənd çəkiləndən indiyədək süyün üzü 2005-ci ildə qeydə alınmış səviyyəsindən 3 metr yuxarı qalxıb.

Nəticədə, burada zəif də olsa təbiətin yenidən canlanması işarələri hiss olunmaqdadır.
 

Lakin Kiçik Aral yoxa çıxmış Böyük Aralın yalnız 5 faizini təşkil edir.

Bu səbəbdən də burada hazırda köhnə vaxtlardan sankı donub qalmış balıq emalı zavodları çətin ki təzədən əvvəlki istehsal həcmini nə vaxt isə bərpa edə bilsinlər.

Balıqçılıq Kiçik Aralda bir qədər canlansa da əvvəlki dövrlərədən uzaqdır..
 

Bununla belə Kiçik Aral dənizin nə vaxtsa bərpa olunacağına bəslənən ümidləri yaşatmaqdadır.

Məryəm adlı 67 yaşlı qazax qadını Qazaxıstanın Aral adlı liman şəhərində yaşayır.

O indiyədək dənizin hələ qurumadığı günlərinin həsrətini çəkir.
 

Məryəm nənə deyir ki özünə də nəsib olmasa, heç olmazsa nəvələrinin dənizin yenidən dalğalanmasının, dalğaların sahilə çırpılmasının şahidi olmalarını arzulayır.

Marjan Baybolqızı arzu edir ki heç olmazsa onun nəvələri Aral dənizində suyun qayıtmasını görsünlər.

Qazaxıstan höküməti Kiçik Aral dənizinin əvvəlki Aral Dənizinədək böyüməsini qarşısına məqsəd qoyub.
 

Qazaxıstan höküməti Dünya Bankının iştirakı ilə Kokaral bəndinin çəkilməsinə 85 milyon dollar pul ayırıb.

Lakin Kiçik Aralın xilası sayılan çarə Böyük Aralın Özbəkisatnda qalan hissəsi üçün ölüm hökmü mənasına gəlir.

Dambanın Özbəkistan tərəfində əhali Aralın qurumuş hissəsini su ilə doldura biləcək yeganə su mənbəyinin yolunun bəndlə kəsilməsindən narazıdır.

Lakin bəziləri düçünür ki Özbəkistan rəsmilərini Aral dənizinin xilas edilməsi məsləsi qayğılandırmır.
 

Daşkənd dəniz dibinin altında neft və qaz yataqlarının aşkar edildiyini bildirib.

Bu yataqları işlətmək isə indiki vəziyyətdə daha asan başa gəlir.

Rusiya və Koreya enerji şirkətləri artıq burada işə də başlayıblar.
 

Milli.Az