"İnter"in baş məşqçisi Roberto Mançini "Mediaset" teleşirkətinin jurnalisti Mikaela Kalkanyodan üzr istəyib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, A Seriyasının 22-ci turunda baş tutan Milan derbisindən sonra (0:3) 51 yaşlı mütəxəssis qadın müxbirin suallarını "axmaq" adlandırmaqla ona qarşı kobudluq etmişdi. Bundan sonra İtaliyanın Jurnalistlər İttifaqı məşqçinin davranışından rəsmi şikayət təqdim etmişdi. Nəticədə Mançini səhvini etiraf edib və üzrxahlıq əlaməti olaraq Kalkanyoya gül buketi göndərib.
Milli.Az