"Fenerbahçe Azərbaycan" dövlət qeydiyyatına alınıb

3 Fevral 2016 11:33

Vergilər Nazirliyi "Fenerbahçe Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb. Nazirlikdən APA-ya verilən məlumata görə, MMC-nin qanuni təmsilçisi Həmzəyev Amil İlyas oğludur.

A. Həmzəyev açıqlamasında bildirib ki, "Fenerbahçe Azərbaycan" MMC-nin nəzində bir sıra idman növü üzrə ixtisaslaşmış idman məktəbləri fəaliyyət göstərəcək.

Milli.Az