Aygün: "İlhamə Quliyeva məni də şərləməyə çalışıb..." - FOTO

2 Fevral 2016 21:58

Xalq artisti İlhamə Quliyevanın Bakı İstintaq Təcridxanasında saxlanılan keçmiş köməkçisinin ona qarşı irəli sürdüyü ittihamlara xalq artisti Aygün Kazımova münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda sosial şəbəkədə yazan A.Kazımova İlhamə Quliyeva tərəfindən özünün də şərləndiyini bildirib:
 
"Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun! Dəfələrlə məni də şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım, darıxmayın, möhkəm olun! Allah böyükdür, haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan tanıyır".
Milli.Az