250 milyon dollarlıq əxlaqsızlıq cəzası - FOTO
9 Mart 2011 22:28
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, ABŞ-ın ən varlı iş adamlarından biri, "American Apparel" geyim dükanları şəbəkəsinin banisi və sahibi Dov Çarni məhkəməyə cəlb olunub.
O, şirkətinin sabiq əməkdaşı olan xanıma seksual təcavüzlərdə suçlanır.
20 yaşlı İven Morales həmin təcavüzlərə və əxlaqsız davranışlara görə keçmiş bossundan 250 milyon dollar təzminat tələb edir.
Moralesin dediyinə görə, Çarni onu özünün seksual köləsinə döndərmişdi.
Məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş Morales bildirib ki, 2007-ci ildə "American Apparel"ə satıcının köməkçisi vəzifəsinə işə düzəlib. Həmin vaxtda 17 yaşı olan Morales hələ məktəbdə oxuyurdu.
Az sonra Çarni ona zəng edərək şəxsi həyatı barədə intim təfərrüatları tələb etməyə başlayır. Bundan başqa, Çarni əməkdaşından açıq-saçıq fotolarını, SMS və elektron poçtla məktub yazmasını istəyib. Bir qədər keçib, Çarni qıza bildirib ki, şirkətdə qalıb işləmək istəyirsə, 18 yaşına çatandan sonra onunla yatağa girməlidir.
"Onun tələblərini rədd edə bilmirdim, çünki işimi itirməyə qorxurdum. Bundan başqa, işdə çox olduğumdan Çarninin tələblərindən yaxa qurtara bilmirdm. Axırda sinirlərim pozuldu, xəstəxanaya düşdüm", - Morales bildirib.
2009-cu ilin aprelində Moralesin 18 yaşı tamam olandan sonra Çarni onu evinə dəvət edib. Qız naçar qalıb evə yollananda Çarni onu qapıda qarşılayıb, içəri salaraq zorlayıb.
Bundan sonra Morales işdən çıxmayıb və "American Apparel"dəki dükanlardan birinə menecer təyirn olunub.
Həmin hadisədən sonrakı 8 ayda da Çarni Moralesdən əl çəkməyib.
Axırda Morales ərizə yazaraq iş yerini könüllü tərk edib.
"American Apparel"in rəsmi nümaynədələri Moralesin ittihamlarını rədd ediblər.
Çarni şikətinin direktorlar şurasına əynində tuman qatılır, ofisdəki qadın əməkdaşları isə "əxlaqsızlar" adlandırır. Lakin şirkətdə maaşlar çox yüksək olduğundan, qadınlar bossun davranışına dözürlər.
Tural
Milli.Az