Alma alma deməyin, alın

31 Yanvar 2016 23:20

Alma (latın dilində "malus domestica") gülçiçəklilər fəsiləsindən bitki cinsidir. Vətəni Orta Asiyadır. 

Hündürlüyü 1 metrdən 12 metrə, bəzən də 17 metrə çatır. Yarpaqları saplaqlıdır. Yarpaqlarının rəngi yaşıl, çiçəklərinin rəngi çəhrayı, bəzi hallarda isə qırmızı və ya ağdır. Digər meyvələrdən fərqli olaraq çiçəkləri yarpaqları ilə birlikdə açır. Əsasən isti sevməyən bitkidir. Təqribən - 35° C-yə qədər soyuğa davamlıdır. Kökü ən azı 1 metr dərinlikdə olmalıdır. Ən yaxın qohumları armud və yapon əzgilidir. Meyvə vermə yaşı növündən asılı olaraq dəyişir. Bəzi növlər ilk əkildiyi il, bəzi növlər isə üçüncü il meyvə verir. Bu günə qədər 10 mindən çox alma növü məlumdur. Bütün növləri yaxşı balverən bitkidir. Digər tərəfdən, qida dəyəri çox yüksəkdir.

Alma yetişmə müddətinə görə yay, payız və qış növlərinə bölünür. Yay növləri iyul-avqust, payız növləri sentyabr-oktyabr, qış növləri isə noyabr-dekabr aylarında yetişir. Ancaq iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Dərildikdən sonra yay növlərini 1 aya qədər, payız növlərini 3 aya qədər, qış növlərini isə 6 aya qədər saxlamaq olar. Alma daha çox peyvəndlə çoxaldılır.

Alma vitaminlərdən A, B və C vitaminləri, minerallardan isə kalium, natrium və dəmir mineralları ilə zəngindir. Almada vitaminlərdən A vitamini, minerallardan isə dəmir mineralı daha çoxdur. Bundan başqa, alma həm də zəngin lif mənbəyidir. Bu lif yoğun bağırsağın fəaliyyətini nizamlamaqla yanaşı, ürək-damar xəstəliklərində, həmçinin artıq çəkidə və "artıq xolesterolda" da böyük təsirə malikdir.

Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir. Üstəlik, istər qlükoza, istərsə də fruktoza ürək-damar sistemi üçün çox faydalıdır. Bundan başqa, alma şəkərlə yanaşı, üzvi turşularla da (məsələn, alma və limon turşuları kimi) zəngindir.

Almanın tərkibində olan bəzi maddələr Parkinson və Alzheymer kimi beyin xəstəliklərindən də qoruyur. Çünki təzə almada olan bəzi antioksidantlar beyin hüceyrələrini oksidativ stresdən irəli gələn neyrotoksinlərdan qoruyur. Digər tərəfdən, almanın tərkibində olan flavanoidlər orqanizmdə azad radikalların meydana gəlməsinin qarşısını alır. Ona görə də, hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin baş vermə ehtimalı 50 % azalır.

Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar - kompot, mürəbbə, cem, povidlo, marmelad, püre və şirə hazırlanır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının qan azlığına, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur. Almanın özü kimi şirəsi də çox faydalıdır. O, demək olar ki, şirələrin bütün keyfiyyətlərinə malikdir. Alma şirəsi aşağı kaloriyə (100 qram almada təqribən 52 kkalori mövcuddur) malik olmaqla yanaşı, yülsək dəmirə malikdir. Məsələn, gündə yarım stəkan alma şirəsi nəfəs orqanlarının funksiyasını yaxşılaşdırır. Digər tərəfdən, almanı qabıqlı yemək daha faydalıdır.

Alma faydalıdır:

- İştahanın artmasına;

- Həzmin asanlaşmasına;

- Xolesterolun aşağı salınmasına;

- Şəkərin aşağı salınmasına;

- İmmunitetin artmasına;

- Müqavimətin artmasına;

- Mədənin fəaliyyətinin nizamlanmasına;

- Bağırsaqların fəaliyyətinin nizamlanmasına;

- Müsbət bakteriyaların artmasına;

- Mənfi bakteriyaların azalmasına;

- Soyuqdəymənin aradan qaldırılmasına;

- Öskürəyin aradan qaldırılmasına;

- Orqanizmin toksinlərdən təmizlənməsinə;

- Qanın toksinlərdən təmizlənməsinə;

- Revmatizm xəstəliyinin müalicəsinə;

- Podaqra xəstəliyinin müalicəsinə;

- Təngnəfəsliyin aradan qaldırılmasına;

- Qəbizliyin aradan qaldırılmasına;

- Astma xəstəliyinin müalicəsinə;

- Bronxit xəstəliyinin müalicəsinə;

- Enerjinin bərpa edilməsinə;

- Gücün bərpa edilməsinə;

- Yuxusuzluğun aradan qaldırılmasına;

- Yorğunluğun aradan qaldırılmasına;

- Dişlərin güclənməsinə;

- Diş ətlərinin güclənməsinə;

- Temperaturun aşağı salınmasına;

- Təzyiqin aşağı salınmasına;

- Stresin qarşısının alınmasına;

- Depressiyanın qarşısının alınmasına;

- Qan azlığının aradan qaldırılmasına;

- Vitamin azlığının aradan qaldırılmasına;

- Böyrək qumlarının təmizlənməsinə; 

- Böyrək daşlarının təmizlənməsinə; 

- Mədə-bağırsaq xəstəliklərinin müalicəsinə;

- Ürək-damar xəstəliklərinin müalicəsinə;

- Ürəkbulanmanın qarşısının alınmasına;

- Qusmanın qarşısının alınmasına;

- Ağ ciyər problemlərinin aradan qaldırılmasına;

- Qara ciyər problemlərinin aradan qaldırılmasına və s...

Bundan başqa, alma antioksidant, həmçinin antikanserogen təsirləri ilə də məlumdur.
"Zaman Azərbaycan"