Türkiyədə bir çox film və serialın rejissoru kimi tanınan Sinan Çetinin oğlu Rüzgar Çetin İstanbulda avtomobil qəzasına səbəb olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşıdan gələn polis avtomobili ilə toqquşan Rüzgar qəzadan sonra saxlanılaraq aparılıb. Hadisə nəticəsində bir polis dünyasını dəyişib.
Jurnalistlərə baş verən hadisədən çox peşman olduğunu deyən Rüzgar Çetinin içkili olduğu məlum olub.
Qeyd edək ki, qəza Bakı vaxtı ilə gecə saat 03 radələrində baş verib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: