Sənubər İsgəndərli: "Qorxuram..."

29 Yanvar 2016 11:54

Əməkdar artist Sənubər İsgəndərli yeni çəkildiyi "Dəfnə ağacı" serialından bəhs edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "10-dan sonra" verilişində ekran işində mənfi obraz yaratdığını bildirib:

"Tamaşaçı məni öldürəcək, nifrət edəcək. Düzdür, bundan qorxuram. Amma obrazla tamaşaçının nifrətini qazanmaq uğurum olar. Demək, rolum alındı".

Milli.Az