"Suya, itlərə nifrət edirəm. Gecələr də yaxşı görürəm. Pişik kimi. Çünki mən də bir pişiyəm. Zahirən insan da olsam".
Norveçin paytaxtı Osloda yaşayan 20 yaşlı Nanonun dediyinə görə, batinindəki pişiyin əsiridir.
"Ruhunda pişiyin olduğunu" 16 yaşında anladığını söyləyən Nanonun sözlərinə görə, adi insanlardan fərqli olaraq, pişik təki çox yaxşı eşitmə və görmə qabiliyyətinə malikdir.
Milli.Az European-a istinadən bildirir ki, Nano yaşamını dəyişmək niyyətində deyil.
"Ailəm məni psixoloqların yanına aparıb, dəfələrlə müayinə olunmuşam. Psixoloji probelmlərə mübtəla olduğumu, genetik defektlə doğulduğumu dedilər. Mənsə belə düşünmürəm. Sadəcə, pişiyəm - insan cildindəyəm. Kefim kök olanda miyoldayıram. Çünki batinimdəki, ruhumdakı pişik bunu tələb edir. Pişiyə də ərə gedərdim, amma nə edəsən ki, mümkün deyil", - Nano söyləyib.
Nano küçədə it görəndə dərhal fısıldayır. Sözlərinə görə, avtomatik alınır: "Məndən asılı deyil. Axı pişiklər itlərə nifrət edir..."
Mənzilində iməkləməyi sevən Nanonun dediyinə görə, belədə özünü əsl pişik kimi hiss edir. O, pəncərəyə yaxınlaşır, pişik təki şüşəni cırmaqlayır və qüssə ilə həyətə baxır.
"Verdens Rikeste Land"a verdiyi müsahibəsinqdə Nano sevgilisi Svenlə də bəzən miyoldayaraq "söhbətləşir".
Sven də bunu təsdiqləyib: "Məslən, Nano tez-tez üç dəfə miyoldayanda bilirəm ki, mənə "Gedək!" deyir".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: