Məşhur aktrisa yağışda dekolteni seçdi - VİDEO - FOTO

27 Yanvar 2016 14:32

Britaniyanın ən populyar aktrisalarından biri, Hollivud ulduzu Ketrin Zeta-Consun baş rolda çəkildiyi "Dads Army" komediya filminin premyerası olub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 46 yaşlı uelsli ulduz Londonun Lester Skuer səmtindəki premyeraya Elle Saab brendinin məhsulu olan dərin dekolteli donda qatılmışdı. Küləyə və yağışa rəğmən o, həmişəki kimi qlamur görünürdü.
"Dads Army" komediyası 1944-cü ildə kapitan Meynuarinqin başçılığı ilə yaşlı şəhər sakinlərinin "casus ovu"na çıxmalarından bəhs edir.
Premyera mərasiminə Çelsidə yaşayan 2-ci Dünya Müharibəsi veteranlarının da dəvət olunduğu, fevralın 5-də nümayişi başlanacaq komediyanın rejissoru Oliver Parker, ssenari müəllifi Hemiş MakKoldur.
Ketrin Zeta-Cons filmdə jurnalist Rouz Uinters rolunu oynayıb.
"Dads Army"də məşhur aktyorlardan ser Maykl Qembon, Bleyk Harrison, Yan Lavender, Tobi Cons, Cimmi Perri, Emili Atak, Frenk Uilyams, Ferni MakKan da rol alıblar.
 

Milli.Az