İslam dini kamil bir din kimi hər bir davamçısına Sirat yolunu göstərmiş və onu hidayət etmək üçün Peyğəmbərini (s) və Məsum İmamlarını (ə) göndərmişdir. Məsumlarımız (ə) bizləri şeytanın tələlərindən və oxlarından xəbərdar edərək, qəlflətdən ayıltmağa çalışmışdılar. Onların dilindən bəyan olunan bu dəyərli kəlamlara diqqət edək.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Naməhərmə baxmaq - şeytanın zəhərli oxlarından biridir və hər kim Allah qorxusundan onu tərk edər, Allah ona aman verər ki, şirinliyini qəlbində tapar".
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Hər kim gözlərini qadına olan haram baxışlarla doldurar, böyük Allah Qiyamət günü gözlərini atəşli mıxlarla doldurar".
Xanım Zəhra (s.ə) buyurur: "Qadın üçün ən yaxşı şey odur ki, (zərurət olmadan) naməhrəm kişiləri görməsin və naməhrəm kişilər də onlara baxmasın".
İmam Sadiq (ə) buyurur: "Hər kimin baxışı (naməhrəm) qadına dəyər, tez baxışlarını səmaya qaldırsın və ya onu bağlasın. Gözlərini qırpmamış böyük Allah behişt hurilərini onun nikahına salar".
İmam Əli (ə) buyurur: "Hər kim (günah qarşısında) gözünü bağlayarsa, ürəyini rahat edər".
İmam Əli (ə) buyurur: "Necə də gözəl təqvadır - günaha göz yummaq".
İmam Əli (ə) buyurur: "(Naməhərəmə) gözləri yummaq nəfsani istəkləri saxlayandır".
Həzrət Peyğəmbər (s) buyurur: "(Bədənin) hər bir üzvü üçün zinadan bəhrə vardır və gözün zinası - (naməhrəmə) baxmaqdır".
İmam Əli (ə) buyurur: "Gözlər - şeytanın tələləridir".
Həzrət Peyğəmbər (s) buyurur: "Faydasız və çoxlu baxışlardan çəkinin, çünki (ürəyə) həvəs toxumlarını səpər və qəflətə səbəb olar".
İmam Əli (ə) buyurur: "Gözlər ürəyin casusu və ağlın elçisidir".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim gözlərini haram (baxışlarla) doldurar, Allah Qiyamət günü gözlərini atəşlə doldurar, məgər o halda ki, tövbə edər və qayıdar".
Həzrət Peyğəmbər (s) buyurur: "Gözlərini (harama) bağla ki, möcüzələri görsün".
İmam Əli (ə) buyurur: "Hər kim gözünü boş buraxar, qəmi çox olar".
İmam Sadiq (ə) buyurur: "Hər bir göz Qiyamət günü ağlardır, məgər üç gözdən başqa: o göz ki, Allahın haram etdiklərinə (baxmaqda) yumulmuşdur...".
İmam Əli (ə) buyurur: "Bədəndə göz kimi az şükür edən üzv yoxdur, ona görə də onun xahişini yerinə yetirməyin ki, sizi böyük Allahı yada salmaqdan saxlayar".
İmam Sadiq (ə) buyurur: "Baxış ardınca baxış şəhvəti ürəkdə əkər və elə bu baxış sahibini fitnəyə salmaq üçün kifayətdir".
İmam Əli (ə) buyurur: "Möminin baxışı ibrətamiz, münafiqin baxışı əyləncədir".
İmam Sadiq (ə) buyurur: "(Naməhrəmə agahlıq olmadan baxmaq) İlk baxış sənin üçün halaldır, ikinci baxış qadağandır və haramdır. Üçüncü baxış həlakedəndir".
Milli.Az