Bakı-İstanbul reysi ləğv edildi

26 Yanvar 2016 10:09

Bu gün Türkiyə Hava Yolları (THY) şirkəti daxili və xarici 116 reysi ləğv edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Atatürk və Sabiha Gökçən hava limanlarından yanvarın 26-27-də nəzərdə tutulan reyslərin ləğv edilməsinə səbəb qarın normadan artıq yağmasıdır.
 
THY sərnişinlərə hava limanına gəlməzdən öncə şirkətin rəsmi saytı (www.turkishairlines.com) vasitəsilə son durumu öyrənməyi tövsiyə edib.

***
Atatürk və Sabiha Gökçən hava limanlarından ləğv edilən səfərlər arasında bu gün saat 14:35-də Bakı - Heydər Əliyev aeroportundan İstanbul - Atatürk aeroportuna, saat 20:50-da Atatürk aeroportundan Bakıya olan reyslər də ləğv edilib.

Milli.Az