Rusiyanın Yamalo-Nenetsk Muxtar Vilayətinin Noyabrsk şəhərində pandemiya halı almış qrip virusu Azərbaycan vətəndaşının ölümünə səbəb olub.
APA-nın "Sever-Press" saytına istinadən verdiyi məlumata görə, Rusiya İstehlakçıların hüquqlarının müdafiəsinə nəzarət federal xidmətindən (Rospotrebnadzor) bildiriblər ki, 53 yaşlı azərbaycanlının ölümünə səbəb 7 gün ərzində evdə müalicə alması və xəstəxanaya gec müraciət etməsidir. Onun А/H1N1 ("donuz qripi") virusundan öldüyü ehtimal edilir.
Xatırladaq, ötən ilin noyabrında da vilayətin Yeni Urenqoy şəhərində А/H1N1 ("donuz qripi") virusundan ölüm faktı qeydə alınıb.
Son 1 həftədə isə həmin ərazidə kəskin respirator virus infeksiyası səbəbi ilə xəstəxanalara müraciət edənlərin sayı artıb.
Milli.Az