Turistlərin işi asanlaşdı

25 Yanvar 2016 17:38

Azərbaycana gələn turistlərə elektron viza verilməsi üçün tələb olunan müddət azaldılır.

Milli.Az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Hazırda turizm şirkəti elektron vizanın alınması üçün müraciət etdikdə müvafiq icra hakimiyyəti orqanı ən geci 10 günədək sənədlərə baxaraq vizanı rəsmiləşdirməlidir. Yeni dəyişikliklərdə isə bu müddətin 5 iş günü ilə əvəz edilməsi təklif olunur.

Dəyişikliyin məqsədi turistlərin ölkəyə gəlmə prosedurunu təkmilləşdirməkdir.

Bu layihə artıq Milli Məclisin plenar iclasında müzakirə üçün tövsiyə edilib.

Qeyd edək ki, Azərbaycana gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər.

Milli.Az