Halit Ergençdən yeni serial ilə bağlı açıqlama - FOTO

23 Yanvar 2016 11:16

Türkiyəli aktrisa Halit Ergenç ötən gün alış-veriş mərkəzlərindən birində görüntülənib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, haqqında yeni seriala çəkilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Bu barədə sualları cavablandıran aktyor "Hələ ki ancaq ssenari oxuyuram, Müqavilə imzalanmayıb. Yaxşı bir ssenari tapana kimi oxuyacam" deyib. Aktyor ticarət mərkəzində ərəb fanatları ilə şəkil də çəkdirib.

Qeyd edək ki, Halit Ergençin Cansu Dere ilə yeni seriala çəkiləcəyi barədə xəbərlər yayılmışdı.

Milli.Az