Dünyanın ən qısa çayı - FOTO

23 Yanvar 2016 18:58

Dünyanın ən qısa çayı ABŞ-dakı Roe çayıdır.

Milli.Az publika.az-a istinadən bildirir ki, o, qısalığına görə "Ginnesin Rekordlar kitabı"na da düşüb.
 
Roe çayı öz mənbəyini "Giant Springs"dən (Nəhəng Bulaqlar) götürür. Cəmi 60-70 metrlik yataqda axan çay "Great Falls"a (Böyük şəlalələrə) yaxın yerləşən Missuri çayı tərəfə axır.
 
"Great Falls"dakı məktəblilər Roe çayı barədə məlumatın "Ginnesin Rekordlar kitabı"nda yerləşdirlilməsi üçün uğurlu kampaniya keçiriblər. Nəticədə Roe ən qısa çay kimi həmin kitaba düşüb.

Bu arada daha bir maraqlı faktı vurğulamaq yerinə düşər: Dünyanın ən qısa çayı olmasına baxmayaraq Roe Amerika Birləşmiş Ştatlarının ən böyük bulaq suyunun mənbəyidir.

Milli.Az