Kuba inqilabının lideri Fidel Kastronun sevgilisi Marita Lorenzin həyatından bəhs edən film çəkiləcək.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, filmdə Marita Lorenz obrazında cazibədar aktrisa Cennifer Laurensi görəcəyik.
Film Marita Lorenzin yazdığı iki otobioqrafik kitab ("Marita: One Woman's Extraordinary Tale of Love and Espionage from Castro to Kennedy" və "Lieber Fidel - Mein Leben, meine Liebe, mein Verrat) əsasında çəkiləcək.
Ssenarini Erik Uorren Sinqer yazacaq.
Xatırladaq ki, 25 yaşlı Cennifer Laurens "Joy" adlı filmdəki roluna görə, bu il "Ən yaxşı aktrisa" nominasiyasında "Oscar"a namizəd göstərilib.
Milli.Az