Pendir və toyuq əti ilə "gül" pirojkilər - FOTO

24 Yanvar 2016 07:00

Milli.Az pendir və toyuq əti ilə qat-qat pirojkilərin hazırlanma qaydasını təqdim edir

Tərkibi:
 
1 lay hazır qat-qat xəmir 
2 toyuğun döş əti 
100 q bərk pendir
2 x.q. mayonez
duz, istiot, ədviyyat

Toyuq ətini çox xırda doğrayın. Sürtgəcdən keçirilmiş pendir, mayonez, duz-istiot, ədviyyat əlavə edin. 

Xəmiri kvadratlara bölün, ortasına iç qoyun. Xəmirin kənarlarını şəkildə gördüyünüz kimi kəsin, için kənarıyla gül formasında bükün.

205 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 

Nuş olsun! 

Milli.Az