54 yaşında özünü asdı
1 Mart 2010 10:54
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Neftçala sakini 54 yaşlı Fəxrəddin Abdullayev özünü evinin həyətində asıb. Mərhumun meyiti fevralın 28-də saat 16:00 radələrində rayonun E.Əzizov küçəsi, 46 saylı evin həyətində antenna kabeli ilə ağacdan asılmış vəziyyətdə aşkar edilib.
Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Onun heç bir yerdə işləmədiyi və tüfeyli həyat sürüdüyü bildirilir.
Faktla bağlı Səbail rayon Prokurorlunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az