Aktyor Elçin Həmidov vəfat etdi: “Məzi”nin ölümünün əsl səbəbi açıqlandı – YENİLƏNİB-FOTO

6 Mart 2011 23:37
Milli.Az xəbər portalı bildirir ki, tanınmış aktyor, əməkdar artist Elçin Həmidov bu gün dəfn olunub.
Sevilən aktyor səhnədə qarşılandığı kimi, alqış sədaları altında son mənzilə yola salındı...

Azərbaycanın əməkdar artisti Əkbər Əlizadə dostu Elçin Həmidovun ölümünün əsl səbəbini açıqlayıb. Onun dediyinə görə, səbəb irsi amil, ürək-damar xəstəliklərinə genetik meyllilikdir.

"Elçin yaxın dostum idi, tez-tez telfonla danışardıq. Onun səhhəti ilə bağlı problemləri vardı - Elçin yuksək qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkirdi. Hətta qastrollar zamanı onda hipertonik kriz olurdu. Onu hər dəfə xilas edə biliridik, amma bu dəfə Elçinin yanında kimsə olmadı. Elçin tək yaşayırdı və ona həmişə deyirdim ki, evlənsin, ailəsi olsun, ona dar ayaqda həyan duran olsun.  Amma... Onun ölümündə irsi amil həlledici rolu oynadı. Elçin ata və anasını erkən itirmişdi. Onun valideynləri heç 50 yaşa qədər yaşamadılar. İki qardaşı və bacısı ilə də eyni faciə oldu. Hafiz 34, Eldar - 52, Leyla isə 42 yaşında dünyasını dəyişdi", - Ə.Əlizadə