Şübhəsiz ki, bazar ertəsi çətin gündür və elə bu səbəbdən də pozitiv olmaq və həftəni yaxşı başlamaq çox vacibdir. Sizin əhval-ruhiyyənizi qaldıracaq və heç bir zaman təslim olmamağı öyrədəcək filmlər siyahısı hazırladıq. Həftənizi Park Cinema ilə rəngarəng edin!
Sağ qalmış
Amerikanın vəhşi qərbinin öyrənilməmiş fəzalarında ovçu Hyu Qlass ağır yaralanır. Hyunun yeni torpaqlar tədqiqatçıları bölümündən olan dostu Con Fitscerald onu satqıncasına ölümə tərk edir. İndi Qlassın yeganə silahı onun iradəsidir. Sağ qalıb Fitsceralddan qisas almaq üçün o, vəhşi təbiətə, sərt qışa və düşmən hindu qəbiləsinə güc gəlməlidir.
Dalğanın üstündə
Gənc FTB agenti bir sıra misli görünməmiş və mürəkkəb, korporativ oğurluqlarında şübhələnən, ekstremal idman növləri idmançıları komandasına daxil olur.
Delibal
Memarlıq oxuyan, hobbisi də musiqi olan Barış fikri yalnız universiteti dərəcə ilə bitirib xaricdə təhsilinə davam etmək istəyən Füsuna aşiq olur. Barış çox çətinliklə Füsunu sevgisinə inandırır və evlənirlər, lakin bu nağıllara bənzər sevgi pozulur...
Krampus
Pis Milad bayramını keçirən oğlan təsadüfən ailə evinə Milad iblisini çağırır...
Xoxan
Azərbaycan müasir kino tarixinin ən çox izləyici sayına malik "Xoxan" bədii filmi sizin istəyinizlə yenidən kinoteatrlara qayıdır. Əgər siz hələ də Rəftar və Qəhrəmanın başına gələn hadisələrdən bixəbərsinizsə, o zaman 31 dekabrdan kinoteatrlara tələsin. "Xoxan" bu dəfə sizin üçün 2 dildə təqdim olunacaq. Orijinal Azərbaycan və yeni rusdilli versiyada.
Düğün Dernek 2: Sünnet (Türkcə)
İlk filmdə oğlunu evləndirən İsmayıl ikinci hissədə nəvəsini sünnət etdirmək təlaşına girir. Köhnə komanda bir araya gəlir, başlarına min-bir hadisə gəlir və sünnət toyu şəhər çapında bir hadisəyə çevrilir...
Balaca şahzadə
Balaca qız anası ilə böyük dünyada yaşayır. Ana qızının həyata hazır olduğuna əmin olmaq istəyir. Onun qonşusu Aviator Balaca şahzadəni hər şeyin mümkün olduğu dünyası ilə tanış edir.
Elvin və burunduklar 4
Bir sıra anlaşılmazlıq nəticəsində Elvin, Saymon və Teodor belə nəticəyə gəlirlər ki, Deyv Nyu-Yorkda yeni rəfiqəsinə evlilik təklifi edib onları atacaq. Deyvə çatıb onu dayandırmağa və bununla özlərini Deyvi itirməkdən və güman ki, yeni ögey qardaş qazanmaqdan xilas etmək üçün onların yalnız üç günü var.
Krid: Rokkinin Mirası
Keçmiş ağır çəkidə dünya çempionu Rokki Balboa köhnə dostu və ilk ciddi rəqibi Apollo Kridin oğlu Adonis Consonun məşqçi və mentoru kimi rinqə qayıdır.
Bacılar
İki bacı valideynləri evlərini satmamış axırıncı parti təşkil etmək qərarına gəlir...
Ali Baba ve 7 Cüceler (Türkcə)
Ali baba və 7 cırtdan haqqında maraqlı hekayə.
Oğlan evi
Təsəvvür edin, min əziyyətlə aldığınız evi sizdən başqa da kiməsə satıblar. "Sovetski"də evi sökülmüş Alik və evlənməyə hazırlaşan Raminin başına məhz bu hadisə gəlib. Onları amansızcasına aldadan Valid Hüseynov isə oğlunun toyuna hazırlaşır. Qəhrəmanlar bunu öyrənəndən sonra pullarını qaytarmağın ən qeyri-adi yolunu seçirlər.
Uzaklarda Arama (Türkcə)
Şəhərdən qəsəbəyə qovulan və pavilyonda işləməyə məcbur olan 8 cavan qadının məhəbbəti, dramatik və komik macəraları haqqında əhvalat.
Aşağıda göstərilən filmlərin əvvəlcədən satışı artıq başlayıb:
Və tufan qopdu IMAX - 28 yanvardan
Filmin süjeti 1952-ci ildə baş vermiş hadisələrə əsaslanır. Sahil Təhlükəsizlik Xidməti Keyp Kod sahilində çovğun nəticəsində məhv olan bir cüt neft tankerinin ekipajının xilas edilməsi üçün cəsarətli bir cəhd edir.
Dedpul IMAX - 11 fevraldan
Keçmiş Çevik Ordu operativi killerə dönür və "X Silahı" eksperimentində iştirak edir. Və bu ona güc və özünü sağaltma bacarığı verir. Lakin nəyin bahasına?..