17 arvaddan 37 uşağı olan «seks-manyak» tutuldu

16 Yanvar 2010 09:29
Milli.Az NEWSru Israel-ə istinadən xəbər verir ki, İsraildə keçirilmiş əməliyyat nəticəsində 17 qadının "əri" və 37 uşağın atası olan Qoel Ratson həbs olunub. Xüsusi əməliyyat 54 "məhbus"un azad olunmasına imkan verib. Ratsona qarşı isə zorlama, zorla azadlıqdan məhrum etmə, dələduzluq və sair maddələr üzrə cinayət işi açılıb. Ən ağır ittiham isə "qul alveri" ilə bağlıdır.

Ratson qadınların onunla könüllü yaşadıqlarını iddia etsə də, istintaq başqa cür düşünür. Araşdırma göstərib ki, saxlanılan şəxs sektasının "qanun"larını pozanlar üçün xüsusi cərimələr də tətbiq edibmiş. Məsələn, sektanın yerləşdiyi evi icazəsiz tərk edən şəxs 500 şekel (135 dollar) ödəməli imiş. Ərinin digər arvadı ilə intim əlaqəsinə mane olan xanım 300, uşaqları qucaqlamaq, öpmək, sığallamaq qadağasını pozan ana isə 400 şekel cərimələnirmiş.

Ən böyük həcmli cərimələr isə mübahisə və "evin kişisi"ni yuxudan oyatmağa görə tətbiq olunurmuş - 700 və 2000 şekel.

Milli.Az