Çilidə zəlzələ nəticəsində ölənlərin sayı 700-ə çatdı
1 Mart 2010 09:36
"BBC" xəbər verir ki, xilasetmə briqadaları indiyədək qeydə alınan ən güclü zəlzələ nəticəsində ölkənin qalan hissəsindən təcrid olunmuş ərazilərə çatmağa çalışırlar.
Prezident Baçelet deyib: "Məndə olan yeni məlumatlara görə, ölənlərin sayı 708-dir. Maule şəhərində - 541, Bio-Bioda - 64, digər bölgələrdə 103 nəfər həlak olub. İtkin düşən adamlar da var, yəni tələf olanların sayı artır"
Prezident Baçelet deyib ki, səyyar hospitallar və sağ qalan insanların axtarışında köməyə ehtiyacı olan Çili beynəlxalq yardım təkliflərini qəbul edəcək.
Daxil olan məlumatlarda ilkin yer titrəmələrindən sonra sunaminin zərbəsinə məruz qalmış sahilyanı Konstitusion şəhərində 300 nəfərdən çox insanın həlak olduğu deyilir.
Zəlzələnin dağıdıcı təsirindən ən çox zərər çəkən ərazilərdə yüz minlərlə Çili sakini elektrik enerjisiz və icməli susuz qalıb, onların ərzaq ehtiyatları da tükənməkdədir.
Bəzi yerlərdə əlacsız insanlar mağaza və supermarketləri talan edirlər.
Milli.Az