Röya: "Mən heç kimdən qorxmuram!"

1 Mart 2010 12:29
Xatırladaq ki, Nadir Əzimovun  Nailə xanımın ünvanına söylədiklərinə biganə qalmayan Röya ana qədər sevdiyi qadını müdafiə edərək, efirdən əks tərəf haqqında kəskin fikirlər söyləmişdi. Eyni zamanda vurğulamışdı ki, qadın sənətçinin arxasında dayanıb və onu sona qədər müdafiyə etməyə hazırdır.

Röyanın bu qədər kəskin danışmasını həzm etməyən Nadir Əzimov ötən həftə müğənnini məhkəməyə verəcəyi ilə hədələyib. Hətta onun öz iddiasında Röyadan 200 min manat tələb edəcəyi də mətbuatda qeyd olunmuşdu.

Bu xəbərə də biganə yanaşmayan Röya Milli.Az xəbər portalına bildirib ki, bəstəkarın son açıqlamasından xəbəri var: "Lakin heç bir təhdid məni mövqeyimdən yayındıra bilməz. Mən heç kimi təhqir etməmişəm. Sadəcə, bir xanımın ünvanına söylənən fikirlərə aydınlıq gətirərək, öz mövqeyimi göstərmişəm. Məhkəməyə gəlincə, sadəcə bunu demək istəyirəm, mən heç kimdən qorxmuram!" - deyə Röya bildirib.

Xədicə
Milli.Az