Hyundai hibridli Ioniqi göstərdi - FOTO

17 Yanvar 2016 22:40

"Hyundai" şirkəti hibrid "Ioniq"-in ilk rəsmi şəkillərini və xarakteristikası barədə məlumat yayıb. Avtomobil "Toyota Prius"-un rəqibi olacaq. Modelin ilk təqdimatı Koreyanın Namyanq şəhərində tədqiqatlar və istehsalat şöbəsində keçirilib, lakin avtomobilin Avropa bazarı üçün nəzərdə tutulan versiyası Cenevrə motorşousunda olacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, hibrid məxsusi olaraq onun üçün hazırlanmış yeni platformada yığılıb. Bu platforma "Hyundai"-ın heç bir modelində istifadə edilməyib. Şassi poladdan hazırlanıb, lakin kapot, baqaj qapağı və asılqanın bəzi elementləri alüminiumdan düzəldilib. Bu da çəkini təqribən 12,6 kq azaldıb.

Yenilik 105-güclü 1,6-litrlik atmosferli benzin (bu mühərrik məhz "Hyundai"-ın hibrid versiyaları üçün hazırlanıb), 43,5-güclü elektrik mühərriki və tökmə polimer akkumulyatorlar dəsti ilə təchiz edilib. O, ikili muftası olan 6-pilləli robotlaşdırılmış sürət qutusu ilə hərəkətə gəlir.

Əvvəl də deyildiyi kimi, "Ioniq" 3 modifikasiyaya malik olacaq. Birincisi, benzin-elektrik versiyadır. Bu barədə Namyanqda danışılıb. Digərləri isə tam elektrik variantdır. Burada daxili yanma mühərriki generator qismində iştirak edir.

Model barədə təqdimatdan sonra daha ətraflı məlumat veriləcək.

Milli.Az