Azərbaycan mobil rabitə tariflərinin azaldılması üzrə liderdir

28 Fevral 2010 13:15
Beynəlxalq təşkilatın ekspertləri Azərbaycanın göstəricilərini xüsusi qeyd etmişlər. Respublikamız mobil rabitə tariflərinin azaldılması üzrə lider ölkə adlandırılıb. 2008-ci ildən 2009-cu ilədək Azərbaycanda mobil rabitə xidmətlərinin tarifləri 81 faiz azaldılıb.

Hesabatda İnformasiya Cəmiyyətinin iki əsas göstəricisi - informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı indeksi və "İKT qiymət səbəti" nəzərə alınıb.

Son illərdə İKT sektorunun inkişafı sahəsində böyük uğurlar əldə edən Azərbaycanda rabitə tariflərinin endirilməsi siyasəti dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatanadək davam etdiriləcək.

/AzərTAc/