Aktrisanın mübahisələrə son qoyan FOTOsu

13 Yanvar 2016 13:22

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kiralık Aşk" serialı ilə diqqət mərkəzində olan aktrisa Elçin Sanqu saç rənginə görə türk mediasında müzakirə mövzusu olub.

Hətta aktrisa açıqlamasında: "Saçımın öz rəngidir, heç bir saç boyası istifadə etməmişəm", - deyib. 

İzləyicilər buna inanmasalar da, aktrisanın uşaqlıq fotosu mübahisələrə son qoyub.

Qeyd edək ki, aktrisanın saçı uşaqlıq vaxtı çəkilən şəkildəki rəngdədir.

Milli.Az