Droqbanın "Çelsi"yə keçidi baş tutmadı

11 Yanvar 2016 16:15

"Monreal İmpekt"in futbolçusu Didye Droqba bu mövsüm "Çelsi"yə qayıtmayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Qus Hiddink məlumat verib. O, bu mövsüm 37 yaşlı futbolçunun "Çelsi"nin məşqçilər heyətinə daxil edilməyəcəyini vurğulayıb. Səbəb onun Kanada klubu ilə müqaviləsinin davam etməsidir.

Qeyd edək ki, D.Droqbanın "Monreal İmpekt"lə müqaviləsi bu ilin iyulunda başa çatacaq.

Xatırladaq ki, "Çelsi" D.Droqbanı Q.Hiddinkin köməkçisi vəzifəsinə gətirmək üçün "Monreal İmpekt"lə danışıqlar aparırdı.

Milli.Az