Britaniyada yeni media "div"i doğulur

3 Mart 2011 21:25
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, hökumət Britaniya mətbuatını kökündən dəyişdirə biləcək, mediamaqnat Rupert Merdok tərəfindən planlaşdırılmış sazişin təsdiqlənəcəyini bəyan edib.

Sazişə görə, peyk yayım şirkəti "British Sky Broadcasting" Merdoka məxsus "News Corporation"un nəzarəti altına keçməlidir.

Bu əməliyyatın dəyəri təqribən 12 milyard dollar təşkil edir.

Nəticədə təsis edilən media nəhəngin gəlirləri hətta BBC-nin büdcəsini üstələmiş olacaq.

Britaniya hökuməti birləşmənin şərtlərini açıqlayıb.

Redaksiya müstəqilliyini təmin etmək məqsədi ilə "Sky News" şirkətinin xəbər əməliyyatlarının ayrıca aparılması tələb olunur.

Milli.Az