Bu türk serialı da yarımçıq bitir

3 Mart 2015 22:39
Fox TV-də yayımlanan "1 Erkek, 1 Kadın, 2 Çocuk" serialı sona çatır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müəllif Müğe Turalı Pak ekran işinin aprelin 8-də final edəcəyini bildirib.

Əvvəl Türkmax və Star TV-də ekranlara gələn serial sentyabrda Fox TV-yə transfer olunmuşdu. Tez-tez vaxt və kanal dəyişməsi səbəbindən reytinqi azalan, 7 il davam edən komediyanın son seriyası bu həftə təqdim olunacaq.

Qeyd edək ki, "En gars, une fille" fransız serialının türk variantının baş rollarında Demet Evqar və Emre Karayelin oynayır.

Milli.Az