Droqba "Çelsi"yə qayıdır

7 Yanvar 2016 14:54

ABŞ-ın MLS Liqasında oynayan Didye Droqba çıxış etdiyi "Montreal İmpakt" klubunun rəhbərliyinə karyerasını bitirmək qərarına gəldiyini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə "L'Equipe" nəşri yazıb. Nəşrin yazdığına görə, 37 yaşlı forvard vaxtilə şərəfini qoruduğu "Çelsi"nin yeni baş məşqçisi Qus Hiddinkin köməkçisi olacaq. Droqbanın Çempionlar Liqasının 1/8 finalının PSJ ilə matçına qədər London təmsilçisinin məşqçi qərargahına daxil olacağı gözlənilir.

"Montreal İmpackt" və "Çelsi" hələ ki Droqbanın keçidi üçün MLS klubuna ödəniləcək kompensasiya ilə bağlı danışıqlar aparır.

Milli.Az