İdmançımız model oldu - FOTO

7 Yanvar 2016 12:05

Azərbaycan Ağır Atletika Federasiyasının başı dopinq qalmaqalından açılmır. Ötən ilin sonunda baş verənləri, yəqin, unutmamısız. AAAF rəhbərliyi Beynəlxalq Ağır Atletika Federasiyasına 200 min dollar ödəməsə, Rio Olimpiadasına qazanılan 4 lisenziya "yana" bilər. Bu, ilk dopinq qalmaqalı deyil.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ilk dopinq qalmaqalında cəzalı duruma düşənlərdən biri də Azərbaycanın ağırlıqqaldırma üzrə qadınlardan ibarət millisinin üzvü Kseniya Vışnitskaya idi. Onun cəza müddəti bitsə də, yenidən ağır atletikaya qayıtmaq fikri yoxdur. Haqsız yerə cəzalandırıldığını düşündüyü üçün Vişnitskaya belə addım atıb.
 
Azərbaycan milli komandasının sabiq üzvü hazırda başqa işlə məşğuldur.
 
Ukraynanın Xarkov şəhərində yaşayan Kseniya fitnes zalında məşq edərkən çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb. İndi daha cazibədar qıza çevrilən Vışnitskaya fotomodelliklə də məşğuldur.
 
Qeyd edək ki, 18 yaşlı Kseniya Vişnitskaya 2 ilə yaxın millimizin şərəfini qoruyub.

Milli.Az