Arvadı ilə "bacı kimi" yaşayan ər: "Mənə dəli, əxlaqsız deyirlər" - VİDEO - FOTO

7 Yanvar 2016 10:53

Peveranyo İtaliyanın Kuneo vilayətindəki Pyemont bölgəsindəki kommuna və şəhərdir.
Bu şəhərdə nə qadın, nə də kişi olan Fulviya Peleqrino yaşayır. Əvvəllər kişi cinsinə mənsub olmuş bu insan sonradan cinsini dəyişmək fikrinə düşüb, dəfələrlə plastik və elastik cərrahiyyə əməliyyatlarına məruz qalıb. Obsessiv cərrahiyyəyə indiyədək 76 min dollar xərcləmiş Fulviya dayanmaq niyyətində deyil. 
Transseksual olan bu insan 4 implantasiya əməliyyatına məruz qalsa da, "daha gözəl olmaq üçün" yeni əməliyyatlara hazırlaşır.
Milli.Az Barcroft-a istinadən bildirir ki, 56 yaşlı, əvvəllər Fulvio olmuş Fulviya arvadı Marisa ilə birlikdə yaşayır.

"Əvvəllər ər-arvaddıq. İndisə iki bacı kimi həyat sürürük. Daha gözəl olmaq istəyirəm. Baldırlarımı gözəlləşdirmək üçün cərrahiyyə əməliyyatına 13 min dollar xərclədim. Amma puluma heyfim gəlmir, çünki cazibədarlığa doğru gedirəm", - Fulviya söyləyib.
Onun sözlərinə görə, 15 yaşı olanda transseksuallığını anlayıb, kişi vücudunun daxilində "qadın yaşadığını dərk edib",
"Amma ailəm qatı dindar katoliklərdi, atam keşiş idi və buna görə də hisslərim, istəklərim barədə kimsəyə bir kəlmə  deyə bilmirdim. Üç qardaşdıq və atama istəyimi desəydim, məni evdən qovardı", - Fulviya söyləyib.
O, 32 il əvvəl Marisa Altare ilə tanış olanda, evlənəndə belə, "daxilində qadın yaşayan kişi" olduğunu etiraf etməyib.

"Qarajda çantalarım vardı və orada qadın paltarlarını, kosmetikamı saxlayırdım. Qarajda olanda o paltarları geyinir, boyanır, makiyaj edirdim. Amma bunu sirr saxlayırdım. Utanırdım, ailəmin dağılmasını istəmirdim. Qadınlığımı gizəltmək üçün sərt kişi kimi davranırdım. Silahlar, bahalı avtomobillər alırdım. Futbol oynayırdım, pivə içirdim, cip sürürdüm, fəqət qadınlığımı gizlətmək çox çətin idi. İllər boyu ikili həyat yaşadım, maska "taxdım", - Fulviya söyləyib.

2000-ci ildə Fulvio qadın olmaq istədiyini arvadı Marisaya söyləyib, əməliyyata məruz qalaraq qadına çevrilmək arzusundan danışıb: "O məni anladı. Tanrıma minnətdaram. İndi Marisa ilə iki bacı kimi yaşayırıq. Ər-arvad deyilik. Amma ailəm məni rədd etdi, üz döndərdi. Atam hətta məni fikrimdən döndərmək üçün psixiatrik klinikaya göndərmək istədi. Atam vəfat edəndə məni dəfn mərasiminə də buraxmadılar. Amma indi qardaşlarım vəziyyətlə barışıblar, mənimlə normal ünsiyyət saxlayırlar".
Fulviya daha sonra bildirib ki, şəhər sakinləri onu ələ salır, aşağılayırlar.

"Mənə ruhi xəstə, təlxək kimi yanaşırlar. Deyirlər ki, guya fahişəyəm. Dostlarım da yoxa çıxdılar. Yanımda olan sadəcə, Marisadır. Onsuz nə edəcəyimi, necə yaşayacağımı bilmirəm", - əvvəllər Fulvio olan, indisə Fulviyaya dönən şəxs deyir.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Arvadı ilə