Teleaparıcı Xoşqədəm Hidayətqızı ikinci övladının yolunu gözləyir.
Bu barədə gecce.az-a teleaparıcının "Deməsək, olmur" verilişində mütəmadi qonaq olan və adının çəkilməsini istəməyən şəxslərdən biri bildirib. Xəbərə görə, X.Baxşəliyeva hamiləliyinin 4-cü ayındadır. O, hələlik ana olacağını ictimaiyyətə bildirmir.
Qeyd edək ki, Xoşqədəm Baxşəliyeva bundan öncəki övladını bətnində itirib. O, açıqlamalarında nikahda olduğu türkiyəli müğənni Doğuşla övlad istədiklərini bildirib.
Xatırladaq ki, teleaparıcının ilk evliliyindən bir oğlu var.
Milli.Az